...

Qahirədə Qilad Şalitin qaytarılması barədə danışıqlar yenidən başlayır

Dünya xəbərləri Materials 29 Avqust 2009 16:16 (UTC +04:00)

Gələn həftə Fələstini Həmas hərəkatının siyasi bürosunun rəhbəri Haled Maşaal ələ keçirilmiş İsrail əsgəri Qilad Şalitin azad olunması barədə danışıqları davam etdirmək üçün Qahirəyə göndəriləcək. Bu barədə Londonda nəşr edilən ərəb qəzeti Al Hayat məlumat verib.

Almaniya kəşfiyyatının nümayəndələri üç ildi Həmasın əsirliyində olan Şalitin qaytarılmasında vasitəçilik etmək üçün Qahirəyə gəliblər. Bu barədə İsrailin Haaretz qəzeti məlumat verib.

Alman nümayəndələri Misir, İsrail və Həmas nümayəndələri ilə İsrail kapralının azad olunması məsələsini müzakirə etmək niyyətindədirlər.

Haaretz yazır ki, Almaniya kəşfiyyatının nümayəndələri artıq danışıqlarda İsrail nümayəndə heyətinə rəhbərlik edən Aqqay Hadasla görüş keçirib. Ötən bazar ertəsi hərəkatın hərbi qanadının rəisi Əhməd Cəbarinin başçılığı ilə Həmas nümayəndə heyəti əsirin azad olunması barədə danışıqlar aparmaq üçün Qahirəyə gəlib.

Cəbari Həması əsirin azad olunması barədə danışıqlarda əsas fiqur sayır.

Bir müddət əvvəl Həmas İsraildən Şalitin əvəzinə 400 əsir hərəkatçının buraxılmasını tələb edib. Onların arasında terrorizmdə suçlananlar var. İsrail belə qeyri-bərabər sövdələşmədən imtina edib.

Xəbər lenti

Xəbər lenti