...

Cundollah İrandakı terror aktı ilə bağlı məsuliyyəti öz üzərinə götürüb

Dünya xəbərləri Materials 19 Oktyabr 2009 13:00 (UTC +04:00)
İranda 41 vətəndaş, o cümlədən İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) iki generalının ölümü ilə nəticələnən terror aktı ilə bağlı məsuliyyəti Cundollah şəbəkəsi öz üzərinə götürüb.
Cundollah İrandakı terror aktı ilə bağlı məsuliyyəti öz üzərinə götürüb

İranda 41 vətəndaş, o cümlədən İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) iki generalının ölümü ilə nəticələnən terror aktı ilə bağlı məsuliyyəti Cundollah şəbəkəsi öz üzərinə götürüb.

Cundollah-ın rəsmi saytında bəyan edilib ki, "bu şəbəkənin üzvu olan Əbdulvahid Məhəmmədi Səravanı öz üzərindəki bombanı partladaraq, Sepah-ın piyada qüvvələri rəhbərinin müavini general Nurəli Şuştəri və Bəluçistan əyalətində fəaliyyət göstərən Səlman qərargahının baş komandarı general Məhəmmədzadə və digər Sepah üzvlərini öldürüb".

Sepah-ın bəzi yüksək vəzifəli şəxsləri İranın Bəluçistan əyalətində keçirilən "Şiə-sünni arasında barışıq" tədbirinəd iştirak eydikləri zaman onlara qarşı terror aktı törədilib. İranın Mehr agentliyinin oktyabrın 19-da yaydığı məlumata əsasən, İran Prezidenti Pakistandan tələb edib ki, İranla sərhəd regionlarında Cundollah-ın fəaliyyətinə mane olsun və bu şəbəkənin Pakistan həbsxanalarında saxlanılan üzvlərini Tehrana təhvil versin.

Cundollah hakimiyyətdən sünni məzhəbli bəluç xalqının hüquqlarının qorunmasını tələb edir. İran bu təşkilatı terrorçuluqda ittiham edir.

Xəbər lenti

Xəbər lenti