...

Dağlıq Qarabağ münaqişəsi həll olunmayanadək Ermənistan-Türkiyə sərhədlərinin açılmasından söhbət gedə bilməz - Türkiyənini hakim partiyasının deputatı

Dünya xəbərləri Materials 21 Oktyabr 2009 18:25 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi həll olunmayana və Azərbaycanın işğal olunmuş əraziləri azad olunmayanadək Ermənistan-Türkiyə sərhədlərinin açılmasından söhbət gedə bilməz. Bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının deputatı Ömər Çelik deyib.
Dağlıq Qarabağ münaqişəsi həll olunmayanadək Ermənistan-Türkiyə sərhədlərinin açılmasından söhbət gedə bilməz - Türkiyənini hakim partiyasının deputatı

Dağlıq Qarabağ münaqişəsi həll olunmayana və Azərbaycanın işğal olunmuş əraziləri azad olunmayanadək Ermənistan-Türkiyə sərhədlərinin açılmasından söhbət gedə bilməz. Bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının deputatı Ömər Çelik deyib. Məlumatı TRT 3 telekanalı yayıb.

Onun sözlərinə görə, bəzi qruplar Türkiyə-Ermənistan protokollarını təxribat obyektinə çeviriblər.

"Onlar düşünürlər ki, protokolları imzalamaqla Türkiyə Qars razılığından imtina edib və aldadıcı imic yaradır ki, guya Naxçıvan erməni təhlükəsi altındadır", - Çelik deyib.

Türk deputatının sözlərinə görə, əslində Türkiyə heç vaxt Qars razılığındam imtina etməyib və erməni lobbisinin 10 oktyabrı daha bir matəm günü elan etməsi onu göstərir ki, protokolların imzalanması Türkiyənin xeyrinədir.

Çərşənbə günü Türkiyə Parlamentində Türkiyə-Ermənistan protokolları müzakirə olunmağa başlayıb.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının deputatı Ömər Çelikin çıxışı zamanı müxalifətdən olan deputatlar protokolların imzalanmasına etiraz əlaməti olaraq parlamenti tərk ediblər.

Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu arasında Ankara ilə İrəvan arasında diplomatik əlaqələrin bərpası haqqında protokol imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Daha əvvəl Türkiyə hökuməti bəyan edirdi ki, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməyincə Türkiyə-Ermənistan sərhədlərinin açılmasından söhbət gedə bilməz.

Xəbər lenti

Xəbər lenti