Azərbaycan, Bakı, 14 noyabr / Trend , müxbir A.Axundov /
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İspaniyaya rəsmi səfər edəcək. Səfər noyabrın 14-dən 16-na kimi davam edəcək. Anadolu İnformasiya Agentliyi cümə günü nazirin bəyanatına istinadən bildirib.
Türkiyənin XİN rəhbəri Mardiddə Türkiyənin İspaniya və Aİ ilə qarşılıqlı münasibətlərini, regional və beynəlxalq məsələləri müzakirə edəcək.