...

Avropa İttifaqı prezidentliyinə namizəd Türkiyənin Aİ-yə daxil olmasının əleyhinədir

Dünya xəbərləri Materials 19 Noyabr 2009 14:55 (UTC +04:00)
Avropa İttifaqının ilk prezidenti postuna favorit hesab edilən Belçıkanın Baş naziri Herman Van Rompey özünün sonuncu nitqində Avropa xristian irsinin pozulması təhlükəsi ilə izah edərək Türkiyənin Avropa İttifaqına daxil olmasının əleyhinə çıxış edib. Bu barədə Britaniyanın "Telegraph" qəzeti yazır.
Avropa İttifaqı prezidentliyinə namizəd Türkiyənin Aİ-yə daxil olmasının əleyhinədir

Avropa İttifaqının ilk prezidenti postuna favorit hesab edilən Belçıkanın Baş naziri Herman Van Rompey özünün sonuncu nitqində Avropa xristian irsinin pozulması təhlükəsi ilə izah edərək Türkiyənin Avropa İttifaqına daxil olmasının əleyhinə çıxış edib. Bu barədə Britaniyanın "Telegraph" qəzeti yazır.

Van Rompeyin namizədliyi cümə axşamı Brüsseldə Avropa İttifaqının ilk prezidenti postuna keçiriləcək seçkilərdə səsə qoyulacaq.

Beş il öncə Van Rompey Türkiyənin xristian ölkələrinin təmsil olunduğu Avropa İttifaqına daxil olmasının qeyri-mümkünlüyü barədə bəyan edib.

"Türkiyə Avropanın hissəsi deyil və heç vaxt da olmayacaq. Avropa İttifaqının genişlənməsi Türkiyənin daxil olması vasitəsilə davam edə bilməz", - o deyib.

Onun fikrincə, Türkiyə kimi böyük islam ölkəsinin ittifaqa daxil olmasından sonra xristian ideologiyasına əsaslanan Avropanın universal dəyəri itəcək.

Türkiyənin Avropa İttifaqına tamhüquqlu uzvlük əsasında daxil olması barədə danışıqlar 2005-ci ildən başlayıb, lakın ölkə Almaniya və Fransanın qarşıdurmasına məruz qalıb.

Bu ölkələr iqtisadi əməkdaşlığı önə çəkərək, Ankaraya məhdud əsaslarla üzvlük təklif edirlər, lakın bu variant Türkiyəni qane etmir.

Xəbər lenti

Xəbər lenti