...

İran 2011-ci ilədək orbitə "Misbah 2" peykini buraxacaq

Dünya xəbərləri Materials 20 Noyabr 2009 14:59 (UTC +04:00)
İranın rabitə naziri Rza Təqipur bildirib ki, "Misbah 2" adlı süni peyk 2011-ci ilədək iranlı mütəxəssislər tərəfindən orbitə buraxılacaq. Bu barədə FARS xəbər agentliyi məlumat yayıb.
İran 2011-ci ilədək orbitə "Misbah 2" peykini buraxacaq

İranın rabitə naziri Rza Təqipur bildirib ki, "Misbah 2" adlı süni peyk 2011-ci ilədək iranlı mütəxəssislər tərəfindən orbitə buraxılacaq. Bu barədə FARS  xəbər agentliyi məlumat yayıb.

"Hazırda "Misbah 2" süni peyki istehsal ərəfəsindədir, ümid edirəm 2011-ci ilədək iranlı mütəxəssislər onu orbitə buraxa biləcəklər", - Təqipur deyib.

"Misbah 2" süni peykinin istehsalına 1977-ci ildə başlanılıb. Layihənin icrası 19 il müddətinə dondurulub və 1996-cı ildə İranın Aerokosmik Təşkilatı həmin layihənin icrasına yenidən başlayıb. Layihə üzrə tədqiqat işlərini İranın Elm və Sənaye Araşdırmaları Təşkilatı həyata keçirib. 1998-ci ildə İranın Rabitə Nazirliyi peykin istehsalı üçün bir İtaliya şirkəti ilə müqavilə imzalayıb.

İranın Aerokosmik SənayeTəşkilatının sədri Mehdi Fərəhi noyabrın 10-da bildirmişdi ki, "Misbah 2" süni peyki 2011-ci ilədək İtalyadan orbitə buraxılacaq.

Peykin ümimi çəkisi 63.5 kiloqramdır. Peyk əsasən İrana informasiya ötürəcək, lakin onun ötürdüyü informasiyaların Avropa və ABŞ-da görünmə imkanı olacaq və aşağı hündürlükdə quraşdırılmaq üçün (LEO) istehsal olunacaq.

Xəbər lenti

Xəbər lenti