...

İranda S300 raketdən müdafiə sistemini əvəz edəcək sistemlər var - İranın HHM qərargah rəisinin müavini

Dünya xəbərləri Materials 24 Noyabr 2009 14:45 (UTC +04:00)
İranın Xatəmul-Ənbiya Hava Hücumundan Müdafiə qərargahının rəis müavini Möhsün Mənsuryan bildirib ki, Rusiya S300 raketdən müdafiə sisteminə dair müqaviləyə əməl etməzsə və S300 raketlərini İrana təhvil verməzsə, İranın daxilində S300 raketdən müdafiə sistemini əvəz edə biləcək sistemlər mövcuddur.
İranda S300 raketdən müdafiə sistemini əvəz edəcək sistemlər var - İranın HHM qərargah rəisinin müavini

İranın Xatəmul-Ənbiya Hava Hücumundan Müdafiə qərargahının rəis müavini Möhsün Mənsuryan bildirib ki, Rusiya S300 raketdən müdafiə sisteminə dair müqaviləyə əməl etməzsə və S300 raketlərini İrana təhvil verməzsə, İranın daxilində S300 raketdən müdafiə sistemini əvəz edə biləcək sistemlər mövcuddur. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

"Rusiya və İran arasında imzalanmış müqavilə tamamilə qanuni olmasına baxmayaraq, Rusiya İsrail və ABŞ-ın təzyiqləri altında S300 raketdən müdafiə sisteminin təhvilinə dair İranla olan müqavilənin icrasını gecikdirir", - deyə Mənsuryan çərşənbə axşamı "Asemane Vilayət 2" şərti adı altında keçirilən hərbi təlimlər çərçivəsində jurnalistlərə bildirib.

O əlavə edib ki, İran İslam Respublikası bu gün öz raket sistemləri ilə "Kuruz" raketlərini də məhv etməyə qabildir. "Ölkədə hərbi gücün inkişaf etdirilməsi çox yüksək səviyyədədir və təəssüflər olsun ki, bu nailiyyətlər haqda mətbuata açıqlamalar vermək mümkün deyil", - deyə Mənsuryan deyib.

Rusiya və İran 1 milyard dollar dəyərində S300 raketdən müdafiə sistemi barədə razılaşmanı 2 il əvvəl imzalayıblar. Bu razılaşmadan və İranın nüvə proqramından narahat olan ABŞ və İsrail Moskvadan Tehrana raket sisteminin satılmasından imtina etməsini istəyib. Rusiya mətbuatının məlumatına əsasən, Rusiya S300 raketdən müdafiə sisteminin İrana satışından imtina edib.

Xəbər lenti

Xəbər lenti