...

İrandakı çaxnaşmalar zamanı həlak olan tələbənin ailəsi qətldə ölkə hakimiyyətini təqsirləndirir

Dünya xəbərləri Materials 5 Dekabr 2009 11:09 (UTC +04:00)
İrandakı prezident seçkilərindən sonran baş verən çaxnaşmalar zamanı öldürülən tələbə Neda Ağa Sultanın ailəsi qətldə ölkə hakimiyyətini günahlandırır, Bi-bi-si məlumat verir
İrandakı çaxnaşmalar zamanı həlak olan tələbənin ailəsi qətldə ölkə hakimiyyətini təqsirləndirir

Azərbaycan, Bakı, 05 dekabr/Trend Neüs, müxbir A.Axundov/

İrandakı prezident seçkilərindən sonran baş verən çaxnaşmalar zamanı öldürülən tələbə Neda Ağa Sultanın ailəsi qətldə ölkə hakimiyyətini günahlandırır, Bi-bi-si məlumat verir

"Mən açıq-aşkar bəyan edirəm ki, Nedanın qətlində hakimiyyətdən başqa heç kim günahkar deyil. Onun qatili yalnız hakimiyyətdəkilərdən biri ola bilər", Əli Ağa Soltan İrandan telefonla Bi-bi-si xidmətinə deyib.

O, İran hakimiyyətinin müxalifət və xarici qüvvələrə ünvanlanmış ittihamlarını əsassız adlandırıb.

"Onlar lap əvvəldən məsuliyyətdən qaçırdılar. Onlar məsuliyyəti başqa insanların üzərinə qoymaq istəyirlər. İslam Respublikası belə hərəkət edir", - o deyib.

26 yaşlı qızın həyatının son anları videokameraya çəkilib. Videoyazı internetə yerləşdirilərək dünyanın hər bir yerinə yayılıb. Neda Ağa Sultan İranda müxalifətin keçirdiyi mitinq zamanı güllə ilə ürəyindən vurulub. Müxalifətin fikrincə, Neda İran hakimiyyətinə qarşı etirazların xüsusi simvolu olub.

İyunun 12-də keçirilən prezident seçkilərindən sonra İranda daxili siyasi vəziyyət kəskinləşib. Mahmud Əhmədinejad səslərin 62,63 faizini, onun əsas rəqibi keçmiş Baş nazir Mir Hüseyn Musəvi isə 33,75 faizini toplayıb. Musəvi hökuməti səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandırıb. Seçkilərin nəticələrindən narazı qalanların etiraz aksiyası polislə müxalifət tərəfdarları arasında qarşıdurmaya səbəb olub. Qarşıdurmalar zamanı 30 nəfərə yaxın həlak olanlar qeydə alınıb, minə yaxın insan həbs edilib.

İran Prezidenti Mahmud Əhmədinejat gənc gızın ölümündə bəzi məqamları şübhəli hesab edərək, ölkənin hüquq-mühafizə orqanlarına bu qətli diqqətlə araşdırmağı əmr edib.

Xəbər lenti

Xəbər lenti