...

İran Parlamenti Aşura günü Tehranda baş verən hadisələri araşdıracaq - parlamentin Rəyasət Heyətinin üzvü

Dünya xəbərləri Materials 28 Dekabr 2009 13:25 (UTC +04:00)
İran Parlamentinin Rəyasət Heyətinin üzvü Hüseyn Sübhani Niya bildirib ki, Aşura günü Tehranda baş verən hadisələr gələn həftə parlamentin milli təhlükəsizlik komissiyasında araşdırılacaq.
İran Parlamenti Aşura günü Tehranda baş verən hadisələri araşdıracaq - parlamentin Rəyasət Heyətinin üzvü

İran Parlamentinin Rəyasət Heyətinin üzvü Hüseyn Sübhani Niya bildirib ki, Aşura günü Tehranda baş verən hadisələr gələn həftə parlamentin milli təhlükəsizlik komissiyasında araşdırılacaq. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

"Aşura günü dini dəyərlərə hörmətsizlik olunub. Bu fitnəkarlar hərəkatının (müxalifətin) sonuncu addımı deyil və məhkəmə sisteminin səhlənkarlığı ucbatından bu hərəkat getdikcə daha da pis addımlar atacaq", - Subhani Niya deyib.

O əlavə edib ki, hazırda İran İslam İnqilabına qarşı çıxanlar "fitnə hərəkatı" bayrağı altına toplaşıblar və məhkəmə sistemi bu hərəkatla bağlı ciddi ölçü götürməlidir. "Fitnə hərakatı"nın Aşura günü gördüyü işlər göstərir ki, onlar heç bir dəyərə hörmət etmir və ya heç nəyə dəyər vermirlər. Aşura günü onlar səmimi qəlbdən matəm saxlayan xalqa hörmətsizlik etdilər. Bu, onların rejimə və İslama qarşı düşmənçiliyini göstərir", - Niya deyib.

Dekabrın 27-də Tehranda Aşura günü müxalifət tərəfdaşları ilə polis arasında qarşıdurma baş verib. Beynəlxalq informasiya agentliyinin məlumatına görə, 15 nəfər müxalifətin yaratdığı qarışıqlığın qurbanı olub və təxminən 300 nəfər həbs edilib. Fars agentliyinin məlumatına əsasən, qarşıdurma zamanı İranın müxalifət lideri Mir Hüseyn Musəvinın bacısı oğlu da ölüb.

Bundan öncə İran Parlamentinin 144 nümayəndəsi İranın Məhkəmə Hakimiyyətinin (sisteminin) sədri ayətullah Amoli Laricaniyə müraciət edərək müxalifətdən olan Mir Hüseyn Musəvinin həbs olunmasını tələb ediblər.

İyunun 12-də keçirilən prezident seçkilərində İranın hazırkı Prezidenti Mahmud Əhmədinejad səslərin 62,63 faizini, onun əsas rəqibi keçmiş Baş nazir Mir Hüseyn Musəvi isə 33,75 faiz səs toplayıb. Musəvi höküməti səsvermənin nəticələrinin saxtalaşdırmaqda günahlandırıb.Seçkilərin nəticələrindən narazı qalanların etiraz aksiyası polislə müxalifət tərəfdarları arasında toqquşmaya səbəb olub. Qarşıdurnalar zamanı Tehranda 27 nəfər həlak olub və 1000-dən çox şəxs isə həbs olunub.

Xəbər lenti

Xəbər lenti