...

Tehranda baş vermiş son hadisələrdə həbs edilmiş 7 nəfərin cinayət işi baxılması üçün məhkəməyə göndərilib

Dünya xəbərləri Materials 14 Yanvar 2010 10:29 (UTC +04:00)
Tehran şəhər məhkəməsinin mətbuat xidmətinin məlumatına görə, baş vermiş son iğtişaşlar zamanı həbs edilmiş daha 7 nəfərin işi baxılması üçün Tehran məhkəməsinə göndərilib. Məlumatı İran televiziyasının rəsmi xəbər saytı iribnews yayıb.
Tehranda baş vermiş son hadisələrdə həbs edilmiş 7 nəfərin cinayət işi baxılması üçün məhkəməyə göndərilib

Tehran şəhər məhkəməsinin mətbuat xidmətinin məlumatına görə, baş vermiş son iğtişaşlar zamanı həbs edilmiş daha 7 nəfərin işi baxılması üçün Tehran məhkəməsinə göndərilib. Məlumatı İran televiziyasının rəsmi xəbər saytı iribnews yayıb.

Həmin şəxslər siyasi ekspert İsa Səhərxiz, Müşarikət (Birlik) Cəbhəsi Partiyasının (MCP) Mərkəzi Şurasının üzvü Davud Süleymani, MCP-nin baş katibinin siyasi məsələlər üzrə müavini xanım Azər Mənsuri, MCP üzvü, jurnalist Mehdi Mahmudiyan və müxalifətdən olan Hadi Ərəb Qubadi, Əmir Əli Ağayari və Məhəmmədrza Rəcəbidir. Onların məhkəməsi vəkillərinin iştirakı ilə Tehran məhkəməsində keçiriləcək.

Məlumatda məhkəmənin nə vaxt keçiriləcəyi açıqlanmayıb.

Dekabrın 27-də (Aşura günü) Tehranda müxalifət tərəfdaşları ilə polis arasında qarşıdurma baş verib. İran polisinin rəsmi xəbər saytında yayılan məlumatda bildirilir ki, 8 nəfər həlak olub, onlardan yeddisi kişi, biri isə qadındır. Onların adları da açıqlanıb. Beynəlxalq agentliklərin yaydığı məlumata əsasən, həmin gün baş verən hadisələrdə 15 nəfər həlak olub, 550-dən çox şəxs isə həbs olunub. Onlardan bir çoxu siyasi şəxsiyyətdir.  

Xəbər lenti

Xəbər lenti