...

İran smart radarların istehsalına başlayıb

Dünya xəbərləri Materials 2 Mart 2010 12:58 (UTC +04:00)
İranın "Rəh Puyan" elmi inkişaf şirkətinin araşdırmalar üzrə direktoru Süheyl İyuzxani bildirib ki, ölkə mütəxəssisləri bir növ polimerdən istifadə edərək smart radar istehsal edib. Bu barədə Trend News İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.
İran smart radarların istehsalına başlayıb

İranın "Rəh Puyan" elmi inkişaf şirkətinin araşdırmalar üzrə direktoru Süheyl İyuzxani bildirib ki, ölkə mütəxəssisləri bir növ polimerdən istifadə edərək smart radar istehsal edib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, həmin radarlar yüksək sürətlə dəyişərək müxtəlif dalğalar və tezlikləri seçə bilir.

İyuzxani deyib ki, radarda istifadə olunan polimer həndəsi dəyişiklikləri avtomatik olaraq tənzimləyir.

O əlavə edib ki, həmin radarlar daha çox hava proqnozları və rabitə üçün nəzərdə tutulub.

İyuzxani deyib ki, adi radarlar məhdud tezlikdə məlumatları ötürüb ala bilir, lakin bu növ radarlar məlumatları bir tezliklə ötürüb digər bir tezliklə alma qabilyyətindədir.

O, radarın çəkisinin az olmasını bu cür radarların daha bir üstünlüyü olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti