Türkiyənin Diyarbəkir şəhərində zibil qablarından birində baş vermiş partlayış nəticəsində 13 və 15 yaşlarında iki yeniyetmə ciddi xəsarət alıb. Məlumatı Cihan agentliyi yayıb.
Xəsarət alan yeniyetmələr xəstəxanaya çatdırılıblar.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.