...

İranda zəlzələ baş verib

Dünya xəbərləri Materials 14 Aprel 2010 10:34 (UTC +04:00)

Bu gün səhər İranın Kohkuluyə və Boyurəhməd əyalətlərinin Sisəxt şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4.4 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 02:28-də baş verdiyini qeyd edib.

Məlumatda zəlzələ nəticəsində dağıntıların, ölən və yaralananların olmadığı bildirilir.

Xəbər lenti

Xəbər lenti