İran və İtaliya XİN rəhbərləri telefon söhbəti zamanı İtaliyada həbs olunmuş iki iranlı vətəndaşın - Həmid Məsuminejadın və Əli Dəmirçilunun azad olunması məsələsini müzakirə ediblər. Bu barədə IRNA bildirir.
İranın xarici siyasət idarəsinin mətbuat katibliyinin məlumatına görə, bazar ertəsi axşam baş tutmuş telefon söhbəti zamanı xarici işlər naziri Mənuçöhr Möttəki işə tezliklə baxılmasının, həmçinin, iranlı vətəndaşların İslam Respublikasının Romadakı Səfirliyinin təklifi ilə zaminə buraxılmasının vacibliyini bildirib.
İtaliya XİN rəhbəri Franko Frattini iranlı məhbuslarla bağlı məsələyə baxılacağını vəd edib.