BMT-nin Tehrandakı ofisi qarşısında təxminən 100 tələbənin təşkil etdiyi mitinqdə tələbələr "Obamaya ölüm" və "ABŞ-a ölüm" şüarları səsləndiriblər. Bu barədə IRNA informasiya agentliyi məlumat verir.
Mitinq Prezident Obamanın ABŞ-ın yeni nüvə strategiyasını elan etməsinə və dünya ictimaiyyətinin buna sakit reaksiyasına etiraz əlaməti olaraq keçirilib.
Ötən həftə ABŞ Prezidenti Barak Obama ölkəsinin yeni nüvə strategiyasını elan edib. ABŞ-ın yeni doktrinası İran və Şimali Koreya istisna olmaqla, bütün qeyri-nüvə dövlətlərinə qarşı nüvə silahının tətbiqini məhdudlaşdırır.