...

Rusiya prezidenti mayda Suriyaya səfər edəcək

Dünya xəbərləri Materials 24 Aprel 2010 16:52 (UTC +04:00)

Rusiya prezidenti Dimitri Medvediyev mayın 11-də Suriyaya işgüzar səfər edəcək. Bu barədə Suriya informasiya portalı Cham Press məlumat verir.

Medvediyev Sovet İttifaqı dağıldıqdan sonra Suriya paytaxtına rəsmi səfər edən ilk Rusiya prezidenti olacaq.

Rusiya prezidenti mayın əvvəlində planlaşdırılan Ankara danışıqlarından sonra Suriyaya yollanacaq.

Rusiya liderinin Suriya prezidenti Bəşər əl-Əsəd ilə görüşü zamanı Yaxın Şərqdəki vəziyyət, ölkələr arasında hərbi əməkdaşlıq, həmçinin səhiyyə və enerji sahələrində birgə layihələr müzakirə ediləcək.

Suriya rəhbəri Əl-Əsəd 2005 və 2006-cı illərdə Moskvaya səfər edib.

Ənənəvi olaraq Rusiya Suriyaya silah- sursatın tədarükçüsüdür.

Dəməşq Rusiyaya əsas sərmayə mənbəyi və hərbi- texniki tərəfdaş kimi baxır. Aralıq dənizindəki Tartus limanında Rusiya hərbi-dəniz bazasının yerləşdirilməsi istisna edilmir.

Xəbər lenti

Xəbər lenti