ABŞ-ın Türkiyədəki səfiri Ceyms Cefri özünün İraqdakı həmkarını əvəz etməklə bu ilin ortalarında dəyişdirilə bilər. Bu barədə CNN Turk telekanalı Amerika mənbələrinə istinadən məlumat verib.
Türkiyə KİV-in məlumatına görə, ABŞ-ın Ankaradakı diplomatik missiyasının yeni rəhbəri ABŞ-ın Kabildəki səfirinin müavini Frensis Rikardione təyin edilə bilər. CNN Turk-ün yazdığına görə, səfirin dəyişdirilməsi Türkiyə ilə ABŞ arasında münasibətlərdəki çox həssas məqamlarla bağlıdır. İki strateji müttəfiq arasındakı münasibətlərdə gərginlik mart ayında ABŞ Konqresinin Aşağı Palatasının Beynəlxalq münasibətlər komitəsinin qondarma "erməni soyqırımı"nı tanıyan qətnaməni qəbul etməsindən sonra yaranıb.