...

İranın sabiq ali liderinin vəfatının ildönümü mərasimində 19 nəfər həbs olunub - Tehran polis komandiri

Dünya xəbərləri Materials 5 İyun 2010 12:51 (UTC +04:00)
Ötən gün İran İslam İnqilabının banisi Ruhullah Musəvi Xomeyninin 21-ci il dönümü münasibətilə keçirilən tədbir zamanı 19 nəfər həbs olunub.
İranın sabiq ali liderinin vəfatının ildönümü mərasimində 19 nəfər həbs olunub - Tehran polis komandiri

Ötən gün İran İslam İnqilabının banisi Ruhullah Musəvi Xomeyninin 21-ci il dönümü münasibətilə keçirilən tədbir zamanı 19 nəfər həbs olunub. Bunu Tehran polisinin komandiri Hüseyn Sacidiniya deyib. Bu barədə Trend İranın ISNA xəbər agentliyinə istinadən məlumat verir.

Sacidiniya bildirib ki, dünənki mərasimin keçirildiyi ərazidə tam olaraq təhlükəsizlik tədbirləri görülüb və heç bir hadisə baş verməyib. "Saxlanılan şəxslərdən 17 nəfəri oğurluq etdiklərinə, 2 nəfər isə özlərini yalandan polis kimi təqdim etdiklərinə görə həbs olunub", - Sacidiniya deyib.

Xəbər lenti

Xəbər lenti