Türkiyə Livan-İsrail sərhədində əsgərlərinin BMT-nin UNIFIL sülhməramlı missiyasının tərkibində qalmasını daha bir il uzadıb. Məlumatı Anadolu agentliyi yayıb.
Türkiyə əsgərlərinin birillik mandat müddəti sentyabrın 5-də bitir. Sülhməramlıların tərkibinə qoşun göndərməklə bağlı qərar 7 sentyabr 2006-cı il tarixdə ikinci Livan-İsrail müharibəsi başa çatdıqdan sonra qüvvəyə minib. UNIFIL-in kontingenti Livanda 1978-ci ildən - İsrail ordusunun bu ölkəyə soxulmasından sonra dislokasiya edilib. İsrailin Livanda 2006-cı ilin yayında keçirdiyi hərbi əməliyyatdan sonra kontingentin say tərkibi xeyli artırılıb və hazırda onun tərkibi təxminən 13 min hərbçidən ibarətdir.