İranın müdafiə naziri Əhməd Vəhidi sabah Omana rəsmi səfər edəcək. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat verir.
İkigünlük səfəri zamanı nazir omanlı həmkarı və digər rəsmilərlə ikitərəfli əlaqələr və regional məsələlər haqda müzakirələr aparacaq.