...

Tbilisi Dövlət Universitetinin kitabxanasından 10 minlərlə avro dəyərində 39 ədəd nadir kitab oğurlanıb

Dünya xəbərləri Materials 3 Avqust 2010 18:20 (UTC +04:00)
Tbilisi Dövlət Universitetinin (TSU) kitabxanasından 10 minlərlə avro dəyərində 39 ədəd nadir kitab oğurlanıb.
Tbilisi Dövlət Universitetinin kitabxanasından 10 minlərlə avro dəyərində 39 ədəd nadir kitab oğurlanıb

Gürcüstan, Tbilisi, 3 avqust /Trend, müxbir N.Kirsxaliya/

Tbilisi Dövlət Universitetinin (TSU) kitabxanasından 10 minlərlə avro dəyərində 39 ədəd nadir kitab oğurlanıb. Bu barədə Gürcüstan Təhsil və Elm Nazirliyinin Daxili audit departamentinin rəhbəri İrakli Andriaşvili brifinqdə bildirib.

Onun sözlərinə görə, İvan Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin kitabxanasından XVIII-XIX əsrlərə aid 39 nadir kitabın oğulanması faktı üzrə cinayət işi qaldırılıb.

Andriaşvili bildirib ki, təhsil naziri Dmitri Şaşkinin əmrinə əsasən, Daxili audit departamenti TSU kitabxanasında mövcud vəziyyəti araşdırıb. "Araşdırma nəticəsində cinayət əlaməti aşkar olunub - XVIII-XIX əsrlərə aid 10 minlərlə avro dəyərində 39 ədəd nadir tarixi kitab oğurlanıb", - o qeyd edib.

"Təhsil Nazirliyi heç kimə şəxsi məqsədləri üçün dövlət sərvətini və müxtəlif maliyyə fırıldaqçılığı yolu ilə təhsil resurslarını mənimsəməyə imkan verməyəcək", - o qeyd edib.

Ötən həftə Gürcüstan Daxili İşlər Nazirliyi TSU kitabxanasından kitab oğurluğu faktı üzrə üç nəfəri saxlayıb. Təqsirləndirilən şəxslər rus dilində onlarla nadir kitabı sərhəddən keçirərək satmağa nail olmuşdular.

Xəbər lenti

Xəbər lenti