RED. əlavəsi: Partlayışın səbəbləri və digər təfərrüatlar əlavə olunub (birinci və ikinci abzaslar)
Dünən axşam Türkiyənin Şırnak vilayətindəki neft kəmərində Kürd Fəhlə Partiyası (KFP) terrorçularının törətdikləri terror aktı nəticəsində iki nəfər həlak olub. Bu barədə CNN Turk telekanalı məlumat verib.
Partlayış nəticəsində yaxınlıqdan keçən avtomobil şosesinin yolunu kəsən yanğın baş verib. Nəticədə, iki nəfər həlak olub və bir nəfər ağır yaralanıb.
Terror aktının baş verdiyi neft kəməri İraqın Kərkük şəhərindən Türkiyənin Yumurtalık şəhərinədək uzanır.