...

Avropa parlamentariləri payızda İrana səfər edəcəklər

Dünya xəbərləri Materials 30 Avqust 2010 10:56 (UTC +04:00)
Avropa parlamentariləri payızda İrana səfər edəcək. Bunu İran Parlamenti Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sözçüsü Kazim Cəlali deyib. Bu barədə İLNA xəbər agentliyi məlumat verir.
Avropa parlamentariləri  payızda İrana səfər edəcəklər

Avropa parlamentariləri payızda İrana səfər edəcək. Bunu İran Parlamenti Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sözçüsü Kazim Cəlali deyib. Bu barədə İLNA xəbər agentliyi məlumat verir.

Cəlalinin sözlərinə görə, hazırda bu səfərin dəqiq vaxtı üzərində müzakirə aparılır. "Avropa parlamentariləri İranla yaxından tanış olmalıdırlar. Ona görə ki, son illərdə, təəssüflər olsun, avropalı parlamentarilər İrandakı vəziyyətlə bağlı məlumatları bu ölkəyə zidd qruplaşma və şəxslərdən alırlar. "Onların İran rəsmiləri ilə yaxından görüşüb-danışmağa ehtiyacları var", -  Cəlali deyib.

Xəbər lenti

Xəbər lenti