Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir S.Süleymanov/
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sərəncamı ilə Kayrat Sarıbay prezident köməkçisi vəzifəsindən azad edilib. Məlumatı "Ak-Orda"nın mətbuat xidməti yayıb.
Dövlət başçısının digər sərəncamı ilə Nurlan Yermekbayev Qazaxıstan xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib. Bu barədə "Ak-Orda" saytında yerləşdirilmiş press-relizdə qeyd olunur.
Press-relizdə deyilir ki, sabiq nazir müavini Yermekbayev başqa işə keçməsi ilə bağlı vəzifəsindən azad edilib.