...

Avropa Şurası Türkiyədə referendumun nəticələrini dəstəkləyib

Dünya xəbərləri Materials 13 Sentyabr 2010 16:29 (UTC +04:00)
Bazar ertəsi Avropa Şurasının baş katibi Torbyorn Yaqland Türkiyədə ümumi referendumda bir gün əvvəl bəyənilmiş Konstitusiyaya dəyişikliklərin daxil edilməsini dəstəkləyib.
Avropa Şurası Türkiyədə referendumun nəticələrini dəstəkləyib

Bazar ertəsi Avropa Şurasının baş katibi Torbyorn Yaqland Türkiyədə ümumi referendumda bir gün əvvəl bəyənilmiş Konstitusiyaya dəyişikliklərin daxil edilməsini dəstəkləyib. Bu barədə AŞ-nin rəsmi bəyanatında məlumat verilib.

"Dünən Türkiyə vətəndaşları tərəfindən bəyənilən Konstitusiya islahatı ölkənin Avropa standartlarına yaxınlaşması yolunda mühüm addımdır", - Yaqland deyib.

Türkiyə KİV-in verdiyi məlumata əsasən, Ədalət və İnkişaf Partiyası tərəfindən təklif olunmuş Konstitusiyaya dəyişikliklərin lehinə 58 faiz, əlehinə isə 41,98 faiz səs verilib.

Seçicilərin ümumi sayı 77,55 faiz təşkil edib ki, onların da böyük hissəsi kürd azlığının sıx şəkildə yaşadığı rayonların payına düşür.

May ayında Türkiyə parlamenti tərəfindən qəbul olunmuş Konstitusiyaya düzəlişlər paketinə 1980-cı ildə hərbi çevrilişdən sonra qəbul olunmuş mövcud konstitusiyaya 26 dəyişiklik daxildir. Onlar hüquq məhkəməsi, xüsusilə də Konstitusiya məhkəməsi, məhkəmə və prokurorların ali məhkəməsi sisteminin islah edilməsi, hərbi vətəndaş məhkəmə instansiyaları ilə bağlı cinayət işlərinin qaldırılmasını nəzərdə tutur, Apelyasiya məhkəməsindən parlamentə siyasi partiyaların buraxılması haqqında işlərin aparılmasına səlahiyyət verir.

Avropa Şurasının baş katibi həmçinin vətəndaşların Konstitusiya Məhkəməsinə Konstitusiyaya dair şikayətlərinin göndərilməsi ilə bağlı yenilikləri də dəstəkləyib.

"Bu, ölkədə insan haqlarının pozulmasının aradan qaldırılmasına imkan yaradacaq, həmçinin Türkiyə vətəndaşlarının şikayətləri ilə bağlı İnsan haqları üzrə Avropa məhkəməsinin işini azaldacaq", - Yaqland deyib.

Türkiyə 2010-cu ilin noyabrından 2011-ci ilin mayına qədər Avropa Şurasının Nazirlər komitəsinə sədrlik edəcək.

Xəbər lenti

Xəbər lenti