...

ABŞ müxtəlif ölkələrin nüvə proqramlarına qarşı ikili standartlar nümayiş etdirir – Əhmədinejad

Dünya xəbərləri Materials 25 Sentyabr 2010 14:04 (UTC +04:00)
ABŞ nüvə proqramlarına münasibətdə "ikili standart" siyasətini nümayiş etdirərək, öz nüvə arsenalının müasirləşdirilməsinə 80 milyard dollar ayırıb. Bu barədə İran Prezidenti Mahmud Əhmədinejad "Fox News Channel"ə verdiyi məlumatda bildirib. Məlumatı "Press-TV" yayıb.
ABŞ müxtəlif ölkələrin nüvə proqramlarına qarşı ikili standartlar nümayiş etdirir – Əhmədinejad

ABŞ nüvə proqramlarına münasibətdə "ikili standart" siyasətini nümayiş etdirərək, öz nüvə arsenalının müasirləşdirilməsinə 80 milyard dollar ayırıb. Bu barədə İran Prezidenti Mahmud Əhmədinejad "Fox News Channel"ə verdiyi məlumatda bildirib. Məlumatı "Press- TV" yayıb.

"İsraildən fərqli olaraq, BAEA ilə əməkdaşlıq etdiyimizə baxmayaraq, İrana qarşı təzyiq davam edir",- o bəyan edib.

ABŞ-ın Əfqanıstan və İraqda olmasına münasibətdə isə Əhmədinejad deyib ki, "Vaşinqtonun siyasəti bu ölkələrə nəinki sağalmaz zərbələr gətirir, eləcə də Amerika iqtisadiyyatına mənfi təsir göstərir".

Şənbə günü Əhmədinejad İrandan Nyu-Yorka səfər edərək, BMT-nin Baş Assambleyasının illik sessiyasında iştirak edib.

Xəbər lenti

Xəbər lenti