...

İran Çin və Venesueladan S-300 RƏM sistemini almağı planlaşdırmır - müdafiə naziri

Dünya xəbərləri Materials 20 Oktyabr 2010 15:13 (UTC +04:00)
İran Çin və Venesueladan S-300 raket əleyhinə müdafiə sistemlərini almağı planlaşdırmır. Bunu İranın müdafiə naziri Əhməd Vəhidi bir sıra KİV-lərdə İranın bəzi ölkələrdən S-300 alması barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.
İran Çin və Venesueladan S-300 RƏM sistemini almağı planlaşdırmır - müdafiə naziri

İran Çin Venesueladan S-300 raket əleyhinə müdafiə sistemlərini almağı planlaşdırmır. Bunu İranın müdafiə naziri Əhməd Vəhidi bir sıra KİV-lərdə İranın bəzi ölkələrdən S-300 alması barədə yayılan məlumatlara münasibət bildirərkən deyib. Bu barədə FARS xəbər agentliyi məlumat verir.

Bəzi KİV-lərdə məlumatlar dərc olunub ki, Venesuela Prezidenti Huqo Çavez S-300 RƏM sistemini Rusiyadan alaraq İrana təhvil verə bilər. "Biz Rusiyadan S-300 sistemini və digər silahları almaq barədə razılıq əldə etmişik", - Çavez oktyabrın 18-də Kiyevdə bildirib.

Vəhidi bu barədə yayılan məlumatları şayiə adlandırıb və deyib ki, İran Silahlı Qüvvələri hərbi texnologiyalar sahəsində nəzərəçarpacaq dərəcədə inkişaf edib.

Rusiya və İran 1 milyard dollar dəyərində S-300 raket əleyhinə müdafiə sistemi barədə razılaşmanı 2005-ci ilin dekabr ayında imzalayıblar. Bu razılaşmadan və İranın nüvə proqramından narahat olan ABŞ və İsrail Moskvadan Tehrana raket sisteminin satılmasından imtina etməsini istəyib. Rusiya beynəlxalq sanksiyalarla bağlı S-300 raket əleyhinə müdafiə sisteminin İrana satışı barədə imzalanmış müqaviləni ləğv edib və satışdan imtina edib.

Xəbər lenti

Xəbər lenti