...

Qazaxıstan Prezidenti Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində iştirak edəcək - XİN

Dünya xəbərləri Materials 15 Noyabr 2010 17:50 (UTC +04:00)

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində iştirak edəcək. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əsgər Əbdrəhmanov məlumat verib. Bu barədə "QazTAQ" yazıb.

"Noyabrın 18-də Bakıda Qazaxıstan, Azərbaycan, İran, Rusiya və Türkmənistan prezidentlərinin iştirak edəcəyi Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü sammiti keçiriləcək", - Əbdrəhmanov bazar ertəsi brifinqdə deyib.

Onun sözlərinə görə, sammit zamanı Xəzərin hüquqi statusu, eləcə də sahilyanı dövlətlərin əməkdaşlığının digər aktual aspektləri, o cümlədən dənizdə təhlükəsizliyin təmini ilə əlaqədar fikir mübadiləsi aparılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti