Rusiya Prezidenti Dmitri Medvedev çərşənbə günü Astanda keçirilən ATƏT sammitində iştirakını başa vurub və Qazaxıstanı tərk edib. Bu barədə RİA Novosti məlumat yayıb.
Bundan əvvəl prezidentin köməkçisi Sergey Prixodko bildirib ki, Medvedev sammitdə dekabrın 1-2-də iştirak edəcək.
Rusiya rəhbərinin uçuşuna çərşənbə günü Astananı bürüyən güclü çovğun da mane ola bilməyib.
ATƏT-in sammiti dekabrın 1-2-də Astanada keçiriləcək. Orada ATƏT üzvü olan 56 ölkənin və 12 tərəfdaş ölkənin dövlət və hökumət başçıları iştirak edəcək. Sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi planlaşdırılır.