...

"WikiLeaks"in məlumatları öz təsdiqini taparsa, Türkiyənin Baş naziri istefaya gedəcək

Dünya xəbərləri Materials 1 Dekabr 2010 16:33 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Ankaradakı çıxışı zamanı "WikiLeaks" internet resursunun dərc etdiyi sənədlərdə ona aid edilən məlumatların təsdiq ediləcəyi təqdirdə, istefaya gedəcəyinə söz verib.
"WikiLeaks"in məlumatları öz təsdiqini taparsa, Türkiyənin Baş naziri istefaya gedəcək

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Ankaradakı çıxışı zamanı "WikiLeaks" internet resursunun dərc etdiyi sənədlərdə ona aid edilən məlumatların təsdiq ediləcəyi təqdirdə, istefaya gedəcəyinə söz verib. Məlumatı CNN Türk telekanalı yayıb.

"WikiLeaks"in yerləşdirdiyi 250 mindən çox sənədin səkkiz minə yaxın faylı ABŞ diplomatlarının Türkiyədəki yazışmalarıdır. Yazışmalardan məlum olur ki, Ərdoğanın İsveçrənin səkkiz bankında hesabı açılıb.

"Mənim İsveçrə banklarında qəpiyim belə yoxdur. Mənim ünvanıma səslənən böhtanlar təsdiqlənərsə, mən dərhal öz vəzifəmi tərk edəcəyəm", - Türkiyənin Baş naziri Ankaradakı çıxışında bildirib.

Ərdoğan ABŞ hakimiyyətini diplomatlarından önun ünvanına və Türkiyəyə qarşı səslənən böhtanlar haqqında soruşmağa çağırıb.

Xəbər lenti

Xəbər lenti