Yaxın günlərdə İranda həbsdə olan Əfqanıstan vətəndaşları azadlığa buraxılacaq. Bunu Əfqanıstanın xarici işlər naziri Zalmay Rəsul deyib. Bu barədə İSNA xəbər agentliyi məlumat verir.
Rəsul Kabildə keçirdiyi mətbuat konfransında bildirib ki, İranda həbsdə olan 800 nəfər Əfqanıstan vətəndaşı azadlığa buraxılacaq və edama məhkum olunmuşların bəzilərinin cəzası ömürlük həbslə əvəzlənəcək.