Bazar günü Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakan vəfat edib. Bu barədə Türkiyənin TRT kanalı məlumat yayıb.
Məlumata əsasən, Ərbakan bazar günü saat 11:40 Ankarada müalicə aldığı Güven Xəstəxanasında dünyasını dəyişib. Onun ürək çatışmazlığından öldüyü bildirilib.
Ərbakan 29 Oktyabr 1926-cı ildə Sinopda doğulub. 1995-ci ildə Türkiyənin baş naziri olub. 1998-ci ildə 5 il müddətinə siyasətdən uzaqlaşdırılıb. 2003-cü ildə Səadət Partiyasının başqanı seçilib.
Ərbakanın dəfn mərasimi çərşənbə axşamı keçiriləcək.