...

İranın Azərbaycan əyalətində 70 aksiyaçı həbs olunub

Dünya xəbərləri Materials 3 Aprel 2011 12:45 (UTC +04:00)
İranın Şərqi və Qərbi Azərbaycan əyalətlərində Urmiya gölünün quruması ilə bağlı aksiya keçirən azərbaycanlıları polis və mülki geyimdə olan təhlükəsizlik qüvvələr qağıdaraq, 70 aksiyaçını həbs ediblər
İranın Azərbaycan əyalətində 70 aksiyaçı həbs olunub

Azərbaycan, bakı, 3 aprel/Trend/

İranın Şərqi və Qərbi Azərbaycan əyalətlərində Urmiya gölünün quruması ilə bağlı aksiya dinc keçirlərənlər, polis və mülki geyimdə olan təhlükəsizlik qüvvələri tərəfindən dağıdılıb və 70 aksiyaçı həbs olunubdur.

İran Azərbayanının Siyasi Məhbusları Müdafiə Assosiasiyasının verdiyi məlumata görə, Urmiya gölünün qurumasına etriaz aksiyası keçirən Azərbaycanlılar, aprelin 2-də polisin müdaxiləsinə tuş gəlib. Dinc aksiyaçıların 70-i həbs olunub və bir neçə nəfər yaralanıb.

İranın Azərbaycan əyalətindəki Urmiya gölü dünyanın ikinci ən duzlu gölüdür və hazırda bu gölün 60 faizi quruyub.

İran Göllərin Mühafizəsi Dövlət İdarəsinin direktoru Əli Nəzərdust bundan əvvəl bildirmişdi ki, İranın ən böyük gölü olan Urmiya gölünün üçdəbir hissəsi quruyub. Onun sözlərinə görə, regionda su sədlərinin tikilməsi, qeyri-elmi layihələr, yağış qıtlığı və digər amillər Urmiya gölünün qurumasına səbəb olub.

Urmiya gölündə hazırda hər litr suda 330 qram duz mövcuddur. Bu rəqəm əvvəllər 160-170 qram təşkil edilb. Bu gölün ərazisi 5 000 kvadratmetr imiş, hazırda bunun üçdəbir hissəsi quruyub və şoranlığa çevrilib.

Gölün qurumasına etiraz olaraq aksiya keçirən azərbaycanlılar, simvolik olaraq, hərəsi bir istəkan su gölə töküblər və "Biz çox gecikmişik", "Göldə su qalmayıb və hələ oyanmamışıq" kimi şüarlar səsləndiriblər.

Xəbər lenti

Xəbər lenti