...

İran Prezidenti Rusiya və Çinin dövlət başçıları ilə görüşəcək

Dünya xəbərləri Materials 11 İyun 2011 14:27 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad Şanxay Əməkdaşlıq Təşkilatının iyunun 15-də Qazaxıstanda keçiriləcək iclasında iştirak edəcək.
İran Prezidenti Rusiya və Çinin dövlət başçıları ilə görüşəcək

Azərbaycan, Bakı, 11 iyun /Trend/

İran Prezidenti Mahmud Əhmədinejad Şanxay Əməkdaşlıq Təşkilatının iyunun 15-də Qazaxıstanda keçiriləcək iclasında iştirak edəcək. Bu barədə Trend İranın ISNA xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, iclas çərçivəsində Əhmədinejad rusiyalı həmkarı Dmitri Medvedev və Çin Xalq Respublikasının sədri Xu Szintao ilə görüşəcək.

Hazırda Şanxay Əməkdalıq Təşkilatına Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Tacikistan və Özbəkistan daxildir. Bu təşkilatda Monqolustan, İran, Pakistan və Hindistan müşahidəçi kimi iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti