...

İran-Türkiyə qaz kəmərində partlayış nəticəsində qazın verilməsi müvəqqəti dayandırılıb

Dünya xəbərləri Materials 14 Avqust 2011 13:34 (UTC +04:00)
İran-Türkiyə qaz kəmərində şənbə günü baş vermiş partlayış nəticəsində qazın Türkiyəyə verilməsi müvəqqəti olaraq dayandırılıb. Partlayış Türkiyənin Ağrı əyalətində baş verib, bu barədə Trend xarici KİV-lərə istinadən məlumat verir.
İran-Türkiyə qaz kəmərində partlayış nəticəsində qazın verilməsi müvəqqəti dayandırılıb

Azərbaycan, Bakı, 14 avqust /Trend/

İran-Türkiyə qaz kəmərində şənbə günü baş vermiş partlayış nəticəsində qazın Türkiyəyə verilməsi müvəqqəti olaraq dayandırılıb. Partlayış Türkiyənin Ağrı əyalətində baş verib, bu barədə Trend xarici KİV-lərə istinadən məlumat verir.

Qaz kəmərinin partladılmasına görə məsuliyyəti artıq Kürd İşçi Partiyası (PKK) terror təşkilatı öz üzərinə götürüb.

Ağrı əyalətinin qubernatoru bildirib ki, qaz kəmərinin vasitəsilə qazın verilməsinin bərpası azı iki həftə çəkəcək.

Türkiyə partladılmış kəmər ilə sutkada 18 mln. kubmetra qədər təbii qaz alırdı. Ölkənin energetika nazirliyi hadisə ilə bağlı yaranmış qaz qıtlığını Azərbaycan tədarükçülərinin imkanlarından maksimal dərəcədə istifadə etməklə, həm də Rusiyanın "Mavi axım" qaz kəməri vasitəsi ilə aradan qaldırmağa planlaşdırır.

Xəbər lenti

Xəbər lenti