...

Türkiyənin Baş naziri Qəzzaya səfər etməyəcək

Dünya xəbərləri Materials 13 Sentyabr 2011 11:17 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Misirdə mətbuat konfransında bildirib ki, yaxın vaxtlarda Qəzzaya səfər etməyə hazırlaşmır. Bu barədə Trend Anadolu agentliyinə istinadən məlumat verir.
Türkiyənin Baş naziri Qəzzaya səfər etməyəcək

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Misirdə mətbuat konfransında bildirib ki, yaxın vaxtlarda Qəzzaya səfər etməyə hazırlaşmır. Bu barədə Trend Anadolu agentliyinə istinadən məlumat verir.

Bununla yanaşı, Ərdoğan qeyd edib ki, Qəzzada olmağı arzu edir və nə vaxtsa bu arzusunu həyata keçirəcək.

Dünən Baş nazirin Şimali Afrikadakı ərəb ölkələrinə turnesi çərçivəsində Misirə ikigünlük səfəri başlayıb.

Qahirədə Ərdoğan Silahlı Qüvvələr Şurasının rəhbəri Məhəmməd Tantavi və Baş nazir İsam Şəriflə danışıqlar aparacaq. Habelə, onun Ərəb Dövlətləri Liqasının baş katibi Nabil əl-Ərəbi və Fələstin muxtariyyətinin başçısı Mahmud Abbasla görüşü gözlənilir.

Sentyabrın 14-də Tunisə səfəri zamanı Ərdoğan ölkənin vitse-prezidenti Fuad əl-Mebaz və Baş nazir Baci Kaid əl-Səbsi ilə görüşəcək.

Sentyabrın 15-də Türkiyənin Baş naziri Liviyaya səfər edəcək. Burada o, Milli Keçid Şurasının rəhbəri Mustafa Əbdülcəlillə görüşəcək.

Xəbər lenti

Xəbər lenti