Azərbaycan, Bakı, 21 dekabr /Trend/
Altıncı çağırış Dövlət Dumasının deputatları çərşənbə günü ilk plenar iclasda Kreml Administrasiyasının sabiq başçısı Sergey Narışkini palatanın rəhbəri seçiblər. Bu barədə çərşənbə günü Trend "RİA Novosti"yə istinadən məlumat verir.
Bu qərarı 238 deputat dəstəkləyib. Hazırda Dövlət Dumasında Vahid Rusiya Partiyasının deputatlarının sayı bu qədərdir.
Səsvermənin nəticələrinə əsasən, Narışkin Kommunist Partiyasından olan namizəd İvan Melnikovu, Liberal-Demokrat Partiyasından Vladimir Jirinovskini və Ədalətli Rusiya Partiyasından Sergey Mironovu qabaqlayıb.