...

İran Prezidenti sabah Ermənistana səfər edəcək

Dünya xəbərləri Materials 22 Dekabr 2011 15:16 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad dekabrın 23-də Ermənistana səfər edəcək.
İran Prezidenti sabah Ermənistana səfər edəcək

Azərbaycan, Bakı, 22 dekabr /Trend müxbir D.Xatınoğlu/

İran Prezidenti Mahmud Əhmədinejad dekabrın 23-də Ermənistana səfər edəcək. Trend-in İranın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı Ermənistanın Tehrandakı səfiri Qriqor Arakelyan deyib.

Əhmədinejad Ermənistana bu ölkənin prezidentinin dəvəti ilə səfər edəcək. Bir və ya ikigünlük səfər zamanı İran-Ermənistan münasibətləri müzakirə ediləcək.

"İranla Ermənistan arasında mal dövriyyəsi 2011-ci ildə 2010-cu ildəki 270 milyon dollardan 300 milyon dollara yüksəlib", - səfir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti