...

İranda zəlzələ baş verib

Dünya xəbərləri Materials 26 Dekabr 2011 10:21 (UTC +04:00)
Bu gün səhər İranın Şimali Xorasan əyalətinin Lucli şəhəri yaxınlığında 4,2 bal gücündə zəlzələ baş verib.
İranda zəlzələ baş verib

Azərbaycan, Bakı, 26 dekabr / Trend müxbir T.Cəfərov/

Bu gün səhər İranın Şimali Xorasan əyalətinin Lucli şəhəri yaxınlığında 4,2 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə İranın MEHR agentliyi xəbər verir.

Tehran Universiteti Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 05:19-da baş verdiyini bildirib. Zəlzələ baş verdikdən sonra daha yeddi yeraltı təkan qeydə alınıb.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti