Azərbaycan, Bakı, 15 mart / Trend, müxbir A.Tağıyeva /
Türkiyənin Malatya şəhəri yaxınlığında Kürəcik bazasındakı AvroRHM sistemi İsrailin müdafiəsinə yönəlməyib. Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Abdulla Gül Tunisin rəsmi telekanalına müsahibəsində deyib.
"Türkiyə ərazisindəki AvroRHM sisteminin İsrailin müdafiəsinə yönəlməsi barədə bütün iddialar Təl-Əvivin qara təbliğatıdır", - Gül deyib.
Onun sözlərinə görə, İsrail NATO-nun üzvü deyil, ona görə də bu ölkənin NATO-nun raket hücumundan müdafiə sistemi, xüsusilə Türkiyə ərazisində yerləşən sistemlə müdafiəsi mümkün deyil.
Eyni zamanda, Gül qeyd edib ki, Kürəcikdəki RHM İrana qarşı da yönəlməyib.