...

Annan Türkiyədə suriyalı qaçqınların düşərgəsinə baş çəkəcək

Dünya xəbərləri Materials 9 Aprel 2012 14:43 (UTC +04:00)
BMT və Ərəb Dövlətləri Liqasının (ƏDL) Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan Türkiyədəki suriyalı qaçqınların vəziyyəti ilə tanış olmaq üçün bu ölkəyə gələcək.
Annan Türkiyədə suriyalı qaçqınların düşərgəsinə baş çəkəcək

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir A.Tağıyeva/

BMT və Ərəb Dövlətləri Liqasının (ƏDL) Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan Türkiyədəki suriyalı qaçqınların vəziyyəti ilə tanış olmaq üçün bu ölkəyə gələcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Zaman" qəzeti diplomatik mənbəyə istinadən xəbər verir.

Annan Türkiyədə cəmi yarım gün olacaq. O, bu müddət ərzində Hatay bölgəsi ərazisindəki suriyalı qaçqınların düşərgəsinə baş çəkmək niyyətindədir. Bundan sonra Annan İrana yollanacaq.

Xəbər lenti

Xəbər lenti