...

Türkiyə xarici investisiyalar üçün açıqdır – Baş nazir

Dünya xəbərləri Materials 10 Aprel 2012 09:44 (UTC +04:00)
Türkiyə xarici investisiyalar üçün açıqdır və xarici sərmayədarlara əlverişli şəraitin yaradılması üçün hər şeyi edir.
Türkiyə xarici investisiyalar üçün açıqdır – Baş nazir

Azərbaycan, Bakı, 10 aprel / Trend , müxbir A.Tağıyeva /

Türkiyə xarici investisiyalar üçün açıqdır və xarici sərmayədarlara əlverişli şəraitin yaradılması üçün hər şeyi edir. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Pekində keçirilən Türkiyə-Çin biznes forumunda çıxışı zamanı deyib. Trend-in məlumatına görə, xəbəri çərşənbə axşamı TRT Haber telekanalı yayıb.

"Türkiyə daima xarici investisiyaları alqışlayır və onların artımının tərəfdarıdır", - Ərdoğan deyib.

Baş nazir həmçinin qeyd edib ki, ölkə iqtisadiyyatına çoxlu sayda xarici sərmayədarların cəlb edilməsi üçün Türkiyə vergi sistemində bir sıra dəyişikliklər edib və bundan sonra da onun təkmilləşdirilməsi üçün çalışacaq.

Ərdoğanın Çinə səfəri dünən başlayıb. Ölkələr bir çox sahələrdə əməkdaşlığı müzakirə ediblər. Pekin və Ankara artıq atom enerjisindən dinc məqsədlər üçün istifadə haqqında saziş imzalayıb.

Xəbər lenti

Xəbər lenti