...

İran Qərbi narahat edən məsələləri həll etməyə hazırdır - XİN

Dünya xəbərləri Materials 11 Aprel 2012 15:19 (UTC +04:00)
İran İstanbulda "altılıq"la (BMT TŞ-nin daimi üzvləri - Rusiya, Böyük Britaniya, Çin, ABŞ, Fransa və Almaniya) danışıqlar çərçivəsində Qərbi narahat edən bəzi məsələləri həll etməyə hazırdır.
İran Qərbi narahat edən məsələləri həll etməyə hazırdır - XİN

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbirlər A.Tağıyeva, T.Cəfərov/

İran İstanbulda "altılıq"la (BMT TŞ-nin daimi üzvləri - Rusiya, Böyük Britaniya, Çin, ABŞ, Fransa və Almaniya) danışıqlar çərçivəsində Qərbi narahat edən bəzi məsələləri həll etməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü MEHR agentliyinə müsahibəsində İranın xarici işlər naziri Əli Əkbər Salehi bildirib.

"İran İstanbuldakı danışıqlara xoş məramla yollanacaq. Biz əks tərəfə danışıqlarda çevik və xoş niyyətlər göstərməyi tövsiyə edirik", - Salehi deyib.

O, həmçinin ümid etdiyini bildirib ki, "altılıq"la danışıqlar uğurlu olacaq və nəticələr verəcək.

Bir gün əvvəl "5+1", Aİ və Tehran İranın nüvə proqramı üzrə danışıqların aprelin 14-də İstanbulda keçirilməsini nəzərdə tutan razılıq əldə ediblər. Bir şərtlə ki, danışıqların növbəti raundu bütün tərəflərin razılığı ilə Bağdadda təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti