...

Türkiyədə partlayış baş verib, ölənlər var

Dünya xəbərləri Materials 25 May 2012 12:56 (UTC +04:00)
Cümə günü Türkiyənin Kayseri şəhərində polis idarəsi yaxınlığında partlayış baş verib.
Türkiyədə partlayış baş verib, ölənlər var

Azərbaycan, Bakı, 25 may / Trend, müxbir A.Tağıyeva /

Cümə günü Türkiyənin Kayseri şəhərində polis idarəsi yaxınlığında partlayış baş verib. Trend-in məlumatına görə, bu barədə TRT Haber telekanalı xəbər verir.

İlkin məlumata görə, iki nəfər həlak olub, bir neçə nəfər yaralanıb. Polis hadisə yerində təhqiqat aparır.

Ölkənin təhlükəsizlik qüvvələri bunun terror aktı olduğunu istisna etmirlər. Bununla yanaşı, bəzi KİV rəsmi mənbələrə istinadən partlayışın intiharçı trrorçu tərəfindən törədildiyini bildirir.

Xəbər lenti

Xəbər lenti