Azərbaycan, Bakı, 12 avqust /Trend/
İranın Şərgi Azərbaycan əyalətində şənbə günü baş vermiş zəlzələ ilə əlaqədar iki günlük matəm elan olunub. Bu barətə Fars agentliyi xəbər yayıb.
Əyalətin gubernatoru və İranın Ali lideri Əli Xamneyinin nümayəndəsinin Ayətullah Möhsün Müştehid Şəbihsərinin birgə bəyanatında ölənlərin ailələrinə başsağlığı və 13-14 avqust tarixlərinin Şərgi azəraycan əyalətində matəm günü kimi elan edilməsi barədə məlumat yer alıb.
İranın Fövqəladə hallar departamentinin sədri Xəlil Saeinin sözlərinə görə, ölənlərin sayının 300-ə çatması barədə məlumatlar qeyri-rısmidir. "Rəsmi məlumata əsasən, ölənlərin sayı 250-dir", - o bildirib.