...

Türkiyədə avtobus aşıb, ölənlər var

Dünya xəbərləri Materials 19 Sentyabr 2012 09:57 (UTC +04:00)
Türkiyənin Karabük vilayətində sərnişin avtobusu aşıb. Nəticədə beş sərnişin həlak olub, 50 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Türkiyədə avtobus aşıb, ölənlər var

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Karabük vilayətində sərnişin avtobusu aşıb. Nəticədə beş sərnişin həlak olub, 50 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Sabah" qəzeti xəbər verib.

Avtobus Aqra vilayətindən İstanbula gedirmiş. Məlumatda deyilir ki, yol qəzası sürücünün sükan arxasında yatması səbəbindən baş verib.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti