...

İran sanksiyaların təsirini azaltmaq məqsədi ilə 290 növ dərman preparatı istehsal edəcək

Dünya xəbərləri Materials 25 Oktyabr 2012 11:28 (UTC +04:00)
İranın Səhiyyə Nazirliyi qərb ölkələrinin bu ölkəyə qarşı sanksiyalarının effektliyini azaltmaq məqsədi ilə 290 növ dərman preparatının istehsalına başlayacaq.
İran sanksiyaların təsirini azaltmaq məqsədi ilə 290 növ dərman preparatı istehsal edəcək

Azərbaycan, Bakı, 25 oktyabr / Trend, müxbir T.Cəfərov /

İranın Səhiyyə Nazirliyi qərb ölkələrinin bu ölkəyə qarşı sanksiyalarının effektliyini azaltmaq məqsədi ilə 290 növ dərman preparatının istehsalına başlayacaq. Bunu İranın səhiyyə nazirinin araşdırmalar üzrə müavini Mustafa Qanei deyib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi məlumat verir.

Qanei deyib ki, ölkəyə ildə 600 milyon dollar dəyərində dərman preparatlarının tərkib hissələri idxal olunur və İranda fəaliyyət göstərən 70 dərman istehsalı zavodunda hazırlanıb apteklərə göndərilir.

"Hazırda artıq ölkə daxilində 50 növ dərman preparatlarının tərkib hissələrini istehsal edirik və yaxın iki ayadək daha 40 növ dərman preparatının tərkib hissələrinin istehsalına başlayacağıq", -deyə Qaneyi deyib.

Qaneyinin sözlərinə görə, istehsal olunan və olunacaq dərman preparatlarının əksəriyyəti xərçəng xəstəliklərinə qarşı olan dərman preparatlarıdır.

ABŞ və Avropa Birliyi tərəfindən tətbiq olunan və İranın maliyyə, ticarət, energetika və nəqliyyat sektorlarını əhatə edən sanksiyalar bu ölkənin iqtisadiyyatına mənfi təsir göstərib. Həmin sanksiyalar milli valyutanın dəyərinin düşməsi ilə yanaşı həm də ölkəyə bəzi dərman preparatlarının idxalı üçün də problemlər yaradıb.

Belə ki, son vaxtlar İran KİV-nin məlumatına görə, ölkə bazarında bəzi yoluxucu, xərçəng, diabet və digər ağır xəstəliklərin müalicəsi üçün lazım olan 90 növ dərman preparatı tapmaq çətinləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti