...

İran Kürdüstan əyalətində hərbi təlimlər keçirir

Dünya xəbərləri Materials 20 Noyabr 2012 15:54 (UTC +04:00)
İranın Kürdüstan əyalətində "Məhəmməd peyğəmbərin yardımçıları" adı altında ikigünlük hərbi təlimlər başlayıb.
İran Kürdüstan əyalətində hərbi təlimlər keçirir

Azərbaycan, Bakı, 20 noyabr/Trend, müxbirlər T. Cəfərov, E. Tariverdiyeva/

İranın Kürdüstan əyalətində "Məhəmməd peyğəmbərin yardımçıları" adı altında ikigünlük hərbi təlimlər başlayıb. Trend-in çərşənbə axşamı IRIB-ə istinadən verdiyi məlumata görə, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun briqada generalı Məhəmməd Hüseyn Rəcəbi deyib.

Onun sözlərinə görə, 65 əl-Zəhra batalyonu, 100 Aşura batalyonu, 10 İmam Hüseyn batalyonu, 1000 Salehi batalyonu təlimlərdə iştirak edir.

General əlavə edib ki, "Bəsic" könüllü dəstələrinin 20 min iştirakçısı digər şəhərlərdən təlimlərə qoşulacaq.

Genişmiqyaslı hərbi təlimlər müdafiə, nizam-intizam, şəhər şəraitində müdafiə bacarıqlarına hazırlıq səviyyəsini yoxlamaq, həmçinin axtarış-xilasetmə əməliyyatlarının işlənib hazırlanması üçün keçirilir.

Təlimlər Məhəmməd peyğəmbərin ünvanına təhqirlərə qarşı, həmçinin Qəzza sektorunu dəstəkləmək üçün keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti