...

İran yanvarda hərbi dəniz təlimləri keçirəcək

Dünya xəbərləri Materials 21 Noyabr 2012 12:28 (UTC +04:00)
Yanvarda İran ölkənin cənub-şərq sahillərində hərbi dəniz təlimləri keçirəcək. Bu barədə İİR-in HDQ komandanı, kontr-admiral Həbibulla Səyyari məlumat verib.
İran yanvarda hərbi dəniz təlimləri keçirəcək

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbirlər T.Cəfərov, E.Tariverdiyeva /

Yanvarda İran ölkənin cənub-şərq sahillərində hərbi dəniz təlimləri keçirəcək. Bu barədə İİR-in HDQ komandanı, kontr-admiral Həbibulla Səyyari məlumat verib. Trend-in məlumatına görə, xəbəri FARS agentliyi yayıb.

Səyyari bu barədə jurnalistlərə parlamentin qapalı sessiyasından sonra məlumat verib.

Onun sözlərinə görə, İran gələcəkdə öz donanmasının imkanlarını nümayiş etdirmək üçün hərbi dəniz qüvvələrini Atlantik okeana göndərməyi planlaşdırır.

Sentyabrda Səyyari bəyan etmişdi ki, İranın hərbi dəniz qüvvələri ölkənin maraqlarının müdafiəsi məqsədilə beynəlxalq sularda öz iştirakını genişləndirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti