...

İran sualtı qayıq, xətt gəmisi və hava yastıqlı katerləri suya endirib

Dünya xəbərləri Materials 28 Noyabr 2012 10:58 (UTC +04:00)
İran çərşənbə günü iki "Qadir" sualtı qayığını və hava yastıqlı iki kateri suya endirib.
İran sualtı qayıq, xətt gəmisi və hava yastıqlı katerləri suya endirib

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbirlər T.Cəfərov, E.Tariverdiyeva/

İran çərşənbə günü iki "Qadir" sualtı qayığını və hava yastıqlı iki kateri suya endirib. Yeni gəmilərin istismara verilməsi HDD komandanı kontradmiral Həbibulla Səyyarinin və yüksək rütbəli məmurların iştirakı ilə keçirilib. Trend-in məlumatına görə, bu barədə IRINN xəbər verir.

Sayyari dünən bildirib ki, İran ekspertləri, həmçinin xüsusi sualtı trenajorlar yaradıblar ki, onlardan dənizçilərin sualtı gəmilərin içində uzun müddət qalmaq üçün hazırlanmasında istifadə olunacaq.

Komandanın sözlərinə görə, həmçinin sələflərindən təkmilləşdirilmiş cəhətləri ilə fərqlənən "Sina-7" xətt gəmisi suya endirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti